18 C
Baku
Wednesday, October 15, 2025

“Azər-Türk Bank”da təyinat – banka sədrlik bu şəxsə həvalə edildi

Dövlət bankı “Azər-Türk Bank” ASC-ya (ATB) yeni Baş risk inzibatçısı və paralel olaraq İdarə Heyətinə müvəqqəti sədr təyin təyin edilib.

Banker.az xəbər verir ki, Bankın Müşahidə Şurasının qərarı ilə İdarə Heyətinin üzvü, Baş risk inzibatçısı vəzifəsinə Tural Nurəddin oğlu Həsənov təyin edilib. Baş risk inzibatçısı vəzifəsində Emil Ehtibar oğlu Ələkbərovu əvəz edəcək Tural Həsənov uzun müddət tənzimləyici qurumda və bank sektorunda müxtəlif vəzifələrdə çalışıb, “Unibank” Kommersiya Bankının İdarə Heyətinin üzvü və Baş risk inzibatçısı, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müşaviri olub.

Bununla belə, ATB-nin İdarə Heyətinin sədri Orxan Ziyad oğlu Hüseynovun səlahiyyət müddətinin bitdiyinə görə, Mərkəzi Bankın təsdiq etdiyi “Banklarda korporativ idarəetmə Standartları”nın tələblərinə əsasən yeni İdarə Heyətinin sədri vəzifəyə təyin olunanadək Tural Həsənov sədr vəzifəsini icra edəcək.

Son xəbərlər
Digər xəbərlər