18 C
Baku
Thursday, October 16, 2025

“Bank Avrasiya”nın mənfəəti kəskin artıb

“Bank Avrasiya” ASC 2025-ci ilin 3-cü rübünü 5 milyon 706 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 3 milyon 953 min manat olub ki, bu da illik müqayisədə 44.3% artımdır.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ ARTIB

Bu ilin yanvar-sentyabr aylarında “Bank Avrasiya”nın gəlirləri 14 milyon 434 min manat (əvvəlki ilə nisbətən 3.5% artım), xərcləri 9 milyon 71 min manat  təşkil edib. Keçən ilin müvafiq dövründə isə bankın gəlirləri 13 milyon 942 min manat, xərcləri 8 milyon 345 min manat olub.

BANK BÖYÜYÜB

Cari ilin oktyabr ayının 1-nə “Bank Avrasiya”nın cəmi aktivləri 204 milyon 37 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 1.5% artımdır. Bunun 133 milyon 861 min manatı müştərilərə verilmiş kreditlərdir.

Hesabat dövründə bankın cəmi öhdəlikləri 116 milyon 333 min manatdan 113 milyon 777 min manata, cəmi kapitalı isə 84 milyon 645 min manatdan 90 milyon 261 min manata çatıb.

Son xəbərlər
Digər xəbərlər