20 C
Baku
Saturday, October 18, 2025

Dünyanın ən bahalı futbolçuları — Forbes 2025

“Forbes” 2025-ci ildə dünyanın ən bahalı futbolçularının adlarını açıqlayıb. Bu mövsümdə ümumilikdə 945 milyon dollar qazanan ən çox gəlir əldə edən on futbolçunun siyahısına yenidən Kriştianu Ronaldu başçılıq edir. O, 280 milyon dollar qazanıb. İkinci yerdə 130 milyon dollar qazanan Leonel Messi qərarlaşıb. İlk üçlüyü isə 104 milyon dollarlıq məvaciblə Karim Benzema tamamlayır.

Bildirilir ki, Top 10-luğa həmçinin Kilian Mbappe (95 milyon dollar), Erlinq Holann (80 milyon dollar), Vinisius (60 milyon dollar), Mohamed Salah (55 milyon dollar), Sadio Mane (54 milyon dollar), Cud Bellinhem (44 milyon dollar), Lamin Yamal (43 milyon dollar).

Bununla belə, ümumilikdə ilk onluğun ümumi gəliri 2024/25 mövsümü ilə müqayisədə 4% azalıb. Bu, keçən il siyahıda üçüncü yeri tutan və tarixin ən çox qazanan futbolçularından biri Neymarın bu dəfə reytinqdən tamamilə çıxması ilə əlaqəli olub.

Son xəbərlər
Digər xəbərlər