Yeni Zelandiya İrana qarşı yenidən sanksiyalar tətbiq etdiyini elan edib.
Banker.az xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Uinston Piters bəyan edib.
Yeni Zelandiya xarici siyasət idarəsinin məlumatında deyilir ki, sanksiyaların təkrarən tətbiq edilməsi İranın uranın zənginləşdirilməsi üzrə öz öhdəliklərinə əməl etməməsi səbəbindən beynəlxalq ictimaiyyətin dərin narahatlığını əks etdirir. Yeni Zelandiya nüvə silahının yayılmaması istiqamətində diplomatik səyləri ardıcıl olaraq dəstəkləyir. Biz təkidlə İranı danışıqları bərpa etməyə və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə hərtərəfli əməkdaşlığı davam etdirməyə çağırırıq.
Nazir bildirib ki, maliyyə məhdudiyyətlərini və Yeni Zelandiya ərazisinə girişin qadağan edilməsini də əhatə edən sanksiyalar oktyabr 18-dən qüvvəyə minir.