18 C
Baku
Saturday, October 18, 2025

Bakıda tikilən yeni yol belə olacaq

Bakıda dörd tunel, üç piyada keçidi inşa olunacaq.

Tunellər Akademik Həsən Əliyev küçəsi ilə “Koroğlu” metrostansiyası avtomobil yolunun üzərində yerləşəcək.

Hazırda “Şəki dairəsi”ndə tunelin tikinti işləri aparılır. Tunelin uzunluğu 506 metr, eni isə 17 metrdir.

Bundan başqa, Bakıda yeni yol da inşa olunur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun tınzimlənməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramına uyğun olaraq Akademik Həsən Əliyev küçəsi – “Koroğlu” metrostansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinə qədər olan hissəsinin tikintisi sürətlə davam etdirilir:

“Yeni avtomobil yolu Ziya Bünyadov və Heydır Əliyev prospektlərinə paralel olaraq layihələndirilib və hazırda inşası sürətlə davam etdirilir”.

Son xəbərlər
Digər xəbərlər