17 C
Baku
Sunday, October 19, 2025

Ukrayna Rusiyada dünyanın ən böyük qaz-kimya komplekslərindən birinə hücum edib

Ukraynanın pilotsuz uçuş aparatları Rusiyanın Orenburq şəhərində yerləşən qaz emalı zavoduna hücum ediblər. Hücum nəticəsində yanğın baş verib.

Bu barədə Orenburq vilayətinin qubernatoru Yevgeni Solntsev öz “Telegram” kanalında məlumat verib.

Onun sözlərinə görə, qaz zavodunun infrastrukturu qismən zərər görüb:

“Sexlərdən birində yanğın başlayıb. İşçilər arasında xəsarət alan yoxdur”.

Qeyd edək ki, sözügedən zavod dünyanın ən böyük qaz-kimya komplekslərindən biridir. Orenburq zavodu ildə 37,5 milyard kubmetr qaz emal edir.

Orenburqdan Ukrayna sərhədinədək məsafə təqribən 1400 km-dir.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər