22 C
Baku
Monday, October 20, 2025

Boliviyanın prezidenti Rodriqo Pas seçilib

Boliviyada keçirilən prezident seçkilərinin ikinci turunda səslərin ilkin sayım nəticələrinə əsasən, mərkəz-sağçı senator Rodriqo Pas 54,5% səs toplayaraq qalib gəlib. Onun rəqibi, əvvəllər prezident postunun əsas namizədi hesab edilən Xorxe “Tuto” Kiroqa isə 45,5% səs qazanıb.

“Reuters” agentliyinin məlumatına görə, Pasın qələbəsi ölkə üçün “tarixi dönüş nöqtəsi” sayılır. Çünki 2006-cı ildən bəri ölkəyə hakim olan “Sosializmə doğru hərəkat” partiyasının prezidentləri rəhbərlik edib. Seçkiqabağı kampaniya zamanı Rodriqo Pas sosial proqramları qoruyacağını, eyni zamanda özəl biznesin inkişafını təşviq edəcəyini vəd edib. Onun rəqibi isə sərt dövlət qənaət tədbirlərinin tətbiqini müdafiə edirdi. Hər iki namizəd seçkilərin ikinci turunda ABŞ ilə diplomatik münasibətləri gücləndirəcəklərinə söz verib.

Boliviyada prezident seçkilərinin birinci turu avqustun 17-də keçirilib. Tarixdə ilk dəfə olaraq, heç bir namizəd 50% səs toplaya bilməyib. Ən çox səsi — 32,8%-i Rodriqo Pas qazanıb, ikinci yeri isə 26,4% səslə 2000-ci illərin əvvəlində prezident olmuş Xorxe “Tuto” Kiroqa tutub. Hakim partiyanın namizədi Eduard del Kastilyo isə cəmi 3,2% səs toplayıb. Seçkilərin ikinci turuna keçən Xorxe “Tuto” Kiroqa seçicilərə Rusiya və Çinlə litium hasilatı üzrə çoxmilyardlıq müqavilələrdən imtina edəcəyinə söz verib.

Son xəbərlər
Digər xəbərlər