20 C
Baku
Monday, October 20, 2025

Banklar ilk 9 aya ₼5 mlrd. üzərində rekord gəlir, ₼911 mln. xalis mənfəət əldə ediblər

2025-ci ilin ilk üç rübündə Azərbaycan banklarının ümumi xalis mənfəəti təxminən 910.7 milyon manat olub.

Banker.az bankların təqdim etdiyi mənfəət və zərər hesabatlarına istinadən bildirir ki, bu da keçən ilin eyni dövründəki 829.6 milyon manatı 10% üstələmiş olur.

Kommersiya bankları ümumilikdə ilk üç rübdə 5 milyard 41.1 milyon manat cəmi gəlir, o cümlədən bunun 3 milyard 662.1 milyon manatı faiz gəliri, 1 milyard 379 milyon manatı qeyri- faiz gəliri təşkil edib. Bununla belə onlar, 1 milyon 341.1 milyon manat faiz xərci və  2 milyard 285.4 milyon manat qeyri-faiz xərci çəkiblər.

Nəticədə, 1 milyard 414.56 milyon manat əməliyyat mənfəəti və vergidən öncəki 1 milyard 125.19 milyon manat mənfəət əldə ediblər.

Ən çox xalis mənfəət əldə edən ilk beş bank aşağıdakılardır:

▫️ ABB – ₼261,3 mln.
▫️ Kapital Bank – ₼229,1 mln.
▫️ PAŞA Bank – ₼132,8 mln.
▫️ Xalq Bank – ₼51,5 mln.
▫️ Bank Respublika – ₼43,2 mln.

Beləliklə, bu beş bank ümumi mənfəətin təxminən 79%-ni və ya 718 milyon manatını formalaşdırıb.

mz2025 9

Son xəbərlər
Digər xəbərlər