20 C
Baku
Monday, October 20, 2025

“İdeal Kredit” BOKT 1 milyon manatlıq faizli borc cəlb edir

“İdeal Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) “Bakı Fond Birjası” QSC-də (BFB) 1 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz yerləşdirməyə hazırlaşır.

Banker.az xəbər verir ki, hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd istiqraz kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 60 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 14 %-dir. Faizlər rüblük ödəniləcək.

Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində istiqrazları geri satın alması nəzərdə tutulmayıb.

Xatırladaq ki, “İdeal Kredit” 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 647 min manatdır. BOKT-nin təsisçiləri 75 % payla Qubad Qubadov (direktor) və 25 % payla Xuraman Qubadovadır.

Son xəbərlər
Digər xəbərlər