18 C
Baku
Monday, October 20, 2025

Böyük Britaniya təmiz enerjiyə keçir – Bu, 400 min yeni iş yeri yaradacaq

Böyük Britaniya hökuməti təmiz enerji keçidi üzrə milli planını təqdim edib. Sənədə əsasən, 2030-cu ilə qədər 400 min yeni iş yeri yaradılacaq. Prioritet ixtisaslar sırasında elektrikçilər, mexaniklər, santexniklər və qaynaqçılar yer alır – hökumət onlara yüksək maaş və yaxşı əmək şəraiti vəd edir.

“Təmiz enerji” anlayışına atom, külək, günəş və su elektrik stansiyaları daxildir. Bu obyektlərin tikintisi və istismarı yüksək ixtisaslı kadrların sayının artırılmasını tələb edəcək. Hesabata görə, 2030-cu ilə qədər santexnik-mexaniklərin sayı 2023-cü illə müqayisədə iki dəfə, qaynaqçıların sayı isə üç dəfə artmalıdır ki, sənayenin tələbatı ödənilsin.

“Bizim planlarımız elə bir iqtisadiyyat yaradacaq ki, insanlar layiqli iş tapmaq üçün doğma şəhərlərini tərk etməyə məcbur qalmayacaqlar”, – deyə Böyük Britaniyanın energetika naziri Ed Miliband bildirib.

“Hökumətin təmiz enerji ideyasına sadiqliyi sayəsində sənaye şəhərlərimizdəki gənc nəsil yaxşı maaşlı, sabit işlərə sahib olacaq — santexnikdən tutmuş elektrikçiyə və qaynaqçıya qədər”, – Ed Miliband əlavə edib.

Son xəbərlər
Digər xəbərlər