17 C
Baku
Tuesday, October 21, 2025

Mütəxəssislərdən “ChatGPT” ilə bağlı xəbərdarlıq: məlumatlarınız oğurlana bilər

Sosial şəbəkələrdə son günlər “ChatGPT-də gündə 300 avro qazanıram” kimi reklam videoları sürətlə yayılmağa başlayıb.

Qısa videolarda naməlum şəxslər “sən hələ də süni intellektdən gəlir əldə etmirsən?” kimi cəlbedici suallar verir, daha sonra isə “daha ətraflı” (“Подробнее”) düyməsi vasitəsilə izləyiciləri başqa səhifəyə yönləndirirlər.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu tip reklamların əksəriyyəti dələduzluq məqsədi daşıyır. Belə paylaşımlar çox vaxt saxta platformalar və ya “AI investisiya layihələri” adı altında insanlardan şəxsi məlumat və bank kartı məlumatlarını toplamaq üçün yaradılır.

İT üzrə ekspertlər bildirirlər ki, qanuni onlayn qazanc yolları heç vaxt “bir neçə günə yüzlərlə avro” vəd etmir. Real gəlir yalnız freelancer işi, məzmun istehsalı, xidmət satışı və ya reklam gəlirləri hesabına mümkündür. Bu tip reklamlar isə çox vaxt psixoloji manipulyasiya üzərində qurulur – insanlarda asan qazanc istəyi yaradaraq onların diqqətini cəlb edir.

Mütəxəssislərin sözlərinə görə, belə hallarda istifadəçilər:

Reklam linklərinə keçməməli,

Şəxsi məlumat və ya kart nömrəsi daxil etməməli,

“Reklamı gizlət” və ya “Not interested” funksiyasından istifadə etməlidirlər.

Hazırda bir çox sosial platformalarda bu tip saxta reklamlar artıb və ekspertlər istifadəçiləri daha diqqətli olmağa çağırır.

Son xəbərlər
Digər xəbərlər