16 C
Baku
Tuesday, October 21, 2025

ABB 2 qeyri-yaşayış binasını satışa çıxarır – Qiymətlər

Banker.az xəbər verir ki, daşınmaz əmlaklara baxış hərracın keçirilmə tarixinədək hər həftənin cümə günü saat 10:00-12:00-a kimi keçirilir.

Bildirək ki, satışa çıxarılan obyektlər Şamaxı və Ağdaş şəhərlərində yerləşir.

Hərraca çıxarılan əmlaklardan biri Şamaxı şəhəri, Məmmədəmin Rəsulzadə küçəsi 85 ünvanında yerləşən, ümumi sahəsi 273.2 kv.m olan qeyri-yaşayış binasıdır. Bu obyektin start qiyməti 186 385 manat, beh məbləği isə 18 638,50 manat müəyyən edilib.

Digər əmlak isə Ağdaş şəhəri, Heydər Əliyev prospekti 190 ünvanında yerləşir. Ümumi sahəsi 191.8 kv.m, torpaq sahəsi isə 0.0429 hektar olan bu binanın start qiyməti 210 022 manat, behi isə 21 002,20 manat təşkil edir.

Qeyd edək ki, hərrac 27 noyabr tarixində keçiriləcək və iştirak etmək istəyənlər 10% beh ödəməklə qeydiyyatdan keçə bilərlər.

Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında 2-ci mərtəbədə keçiriləcəkdir. Ünvan Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20-dir.

77

Son xəbərlər
Digər xəbərlər