®Oktyabrın 24-də paytaxtımızda növbəti dəfə Bakı Caz Festivalına start verilir. Payız mövsümünün bu mühüm mədəniyyət tədbiri ABB-nin tərəfdaşlıq dəstəyi ilə keçirilir.
Bu il həm də Bakı Caz Festivalının 20 illik yubileyidir. 2005-ci ildə tanınmış saksofon ifaçısı və bəstəkar Rain Sultanovun əsasını qoyduğu Bakı Caz Festivalı bu illər ərzində mədəniyyətlər və caz ənənələri arasında körpüyə çevrilib.
Festival 31 oktyabra qədər davam edəcək. Bu günlər ərzində Bakıda dünyanın tanınmış caz musiqiçiləri çıxış edəcəklər.
Festival çərçivəsində açıq məkanlardan tutmuş kamera salonlarına qədər bir çox məkanlarda konsertlər, sərgilər, cem-sessiyalar, film nümayişləri, ustad dərsləri və seminarlar təşkil olunacaq. Festivalda həmçinin Böyük Britaniya və İsveçrənin tanınmış musiqi bloqçuları ilə görüşlər, caz üzrə beynəlxalq ekspertlərlə müzakirələr paneli keçiriləcək.
Builki festivalda sağlamlıq imkanları məhdud gənclər üçün xüsusi ustad dərsləri və konsertlər də nəzərdə tutulub.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.