15 C
Baku
Tuesday, October 21, 2025

Tokayev: Qazaxıstan və Azərbaycan yaxın gələcəkdə ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindədir

Qazaxıstan və Azərbaycan yaxın gələcəkdə ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindədir.

Bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.

“Sevindirici haldır ki, ikitərəfli əməkdaşlığın inkişafı üzrə hərtərəfli proqram (Qazaxıstan və Azərbaycan – red.) qrafik üzrə həyata keçirilir. Danışıqlar zamanı iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirildi və biz yaxın gələcəkdə ikitərəfli ticarət dövriyyəsini iki dəfə artırmaq və onu 1 milyard dollara çatdırmaq üçün lazımi tədbirlərin görülməsi barədə razılığa gəldik”, – deyə Qazaxıstan Lideri vurğulayıb.

Kasım-Jomart Tokayev Qazaxıstan və Azərbaycan birgə müəssisələrin yaradılmasında maraqlı olduğunu bildirib.

O qeyd edib:

“Hər iki tərəf birgə müəssisələrin yaradılmasında maraqlı olduqlarını bildirib və bu məsələdə mühüm irəliləyiş əldə olunub. Məsələn, transformatorların birgə istehsalına başlanılması planlaşdırılır. Yaşayış və infrastruktur obyektlərinin tikintisi davam etdirilir, gəmiqayırma sahəsində birgə layihələr işlənib hazırlanır”. Onun sözlərinə görə, hər iki ölkənin hökumətlərinə bu sahələrə nəzarət etmək və mümkün qədər tez bir zamanda sənaye sahəsində əməkdaşlığın inkişafı üçün plan və ya Yol xəritəsi qəbul etmək tapşırılıb.

Son xəbərlər
Digər xəbərlər