17 C
Baku
Wednesday, October 22, 2025

Tramp: Hindistan Rusiyadan neft alışını azaltmağa davam edəcək

ABŞ Prezidenti Donald Tramp Hindistanın Rusiyadan aldığı neftin həcmini azaltdığını və azaltmaq niyyətində olduğunu bildirib.

“Report”un məlumatına görə, bu barədə o, Ağ Evdə çıxışı zamanı bildirib.

Amerika lideri Hindistanın baş naziri Narendra Modini nəzərdə tutaraq deyib: “Rusiyadan çox neft almayacaqlar. Onlar neft alışlarını əhəmiyyətli dərəcədə azaldıblar və bu azaltmağa doğru davam edəcək”.

Tramp qeyd edib ki, oktyabrın 21-də Modi ilə ticarət məsələlərini müzakirə etmək üçün telefon danışığı olub. Amerika liderinin sözlərinə görə, Hindistanın baş naziri Ukraynada müharibəyə son qoyulmasını istəyir.

Son xəbərlər
Digər xəbərlər