18 C
Baku
Wednesday, October 22, 2025

“WhatsApp”da yeni funksiya işə düşüb

“WhatsApp” messenceri istifadəçi naməlum kontaktla videozəng zamanı ekran görüntüsünü paylaşmaq istədikdə cihaza xəbərdarlıq göndərəcək. “TechCrunch” qeyd edir ki, ekran görüntüsünün paylaşımı funksiyasından əsasən fırıldaqçılar istifadə edirlər — bu yolla onlar əməliyyatın təsdiq kodu kimi məxfi məlumatlara çıxış əldə edə bilirlər.

image 2025 10 22T093214.426

Şirkət yeni funksiyanın hansı ölkələrdə və nə vaxt istifadəyə veriləcəyini hələ dəqiqləşdirməyib. Messencer həmçinin çatlarda fırıldaqçılıq fəaliyyətini aşkar edən yenilənmiş sistemi sınaqdan keçirir. Əgər hər hansı kontakt potensial fırıldaqçılıq xarakterli mesaj göndərərsə, sistem bu barədə istifadəçini xəbərdar edəcək və son mesajları süni intellektlə yoxlamağa təklif edəcək.

2025-ci ilin oktyabrında “WhatsApp” cavabsız göndərilən mesajlara aylıq limit tətbiq etdiyini açıqlamışdı. Bu, spam ilə mübarizə məqsədi daşıyır. Limitin konkret həddi barədə isə hələ məlumat verilməyib.

Son xəbərlər
Digər xəbərlər