17 C
Baku
Wednesday, October 22, 2025

Azərbaycan əhalisi ən çox hansı bankın mobil tətbiqindən istifadə edir? – Araşdırma

Ölkə əhalisinin 83%-i bankların MT-dən istifadə etdiyini qeyd edir. Bu statistika paytaxtda 86%, regionlarda isə 80% təşkil edir.

Banker.az xəbər verir ki, bu barədə Business Insight şirkətinin apardığı araşdırmada qeyd edilir.

Bank tətbiq istifadəçiləri arasında qadınlara (49.7%) nisbətdə kişilər (50.3%) cüzi fərqlə
də olsa daha çoxdur. 35 yaşa qədər olan respondentlərin 85%-i bank MT-dən istifadə etdiyi halda, 36 və daha yuxarı yaşı olan respondentlərdə bu göstərici cəmi 80%-ə bərabərdir.

İstifadə edilən bank MT-i bazarında “Birbank” MT-i 82%-lə bazar lideridir. “Birbank”-ı 39%-lə ikinci sırada mövqelənən “ABB Mobile” izləyir. TOP 3-ün üçüncü pilləsinə isə 28%-lə “LeoBank” sahib çıxıb.

 

Son xəbərlər
Digər xəbərlər