İlon Mask gələcəkdə bütün iş yerlərinin robotlar və süni intellekt (Sİ) tərəfindən ələ keçiriləcəyini ehtimal edib.
“Süni intellekt və robotlar bütün iş yerlərini tutacaq. İşləmək sadəcə istəyə bağlı olacaq, məsələn, mağazadan almaq əvəzinə öz tərəvəzlərini yetişdirə bilərsən”, – deyə Mask “X” sosial platformasında yazıb.
O, bu fikirləri amerikalı sahibkar Ceyson Kalakanisin paylaşımına cavab olaraq bildirib. Kalakanis “The New York Times” qəzetində dərc olunan məqaləni paylaşıb. Məqalədə ABŞ şirkəti “Amazon”un iş əməliyyatlarının 75%-ni avtomatlaşdırmaq planlarından bəhs olunur. Şirkət 2033-cü ilə qədər 600 minə yaxın iş yerini robotlarla əvəz etməyi planlaşdırır.