18 C
Baku
Wednesday, October 22, 2025

Bakıda 1 milyon manata yeni futbol meydançası tikiləcək

Gənclər və İdman Nazirliyi “Cyberspace” MMC ilə təxminən 1 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Yeni Yasamal-1 yaşayış massivində idman zalı və minifutbol meydançasının tikintisi üzrə işlərin satın alınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği 966 641 manat təşkil edir.

“Cyberspace” MMC 1998-ci ildən fəaliyyəti sahəsində Azərbaycan bazarında avadanlıqların alınması və quraşdırılması, eləcə də proqram təminatı üzrə konsultant məsləhətçi xidmətlərini əhatə edən geniş çeşiddə xidmətlərin podraçısı kimi tanınır.

Son xəbərlər
Digər xəbərlər