18 C
Baku
Wednesday, October 22, 2025

“Reuters”: İran iqtisadiyyatı hiperinflyasiya və tənəzzül arasında balans saxlayır

BMT sanksiyalarının bərpasından sonra İran iqtisadiyyatı eyni anda həm hiperinflyasiya, həm də dərin tənəzzül həddinə çatıb. Bu barədə iranlı rəsmilərə və analitiklərə istinadən “Reuters” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, yeni məhdudiyyətlər nüvə proqramı və ballistik raketlərin hazırlanması ilə bağlı danışıqların pozulmasından sonra tətbiq edilib. Hər iki tərəf diplomatik həll yolunun mümkünlüyünü bəyan etsə də, İranın ali lideri ayətullah Əli Xamenei ABŞ prezidenti Donald Trampın yeni saziş təklifini rədd edib.

Üç yüksək vəzifəli iranlı məmurun sözlərinə görə, Tehran hesab edir ki, Vaşinqton, onun Qərb müttəfiqləri və İsrail məqsədli şəkildə sanksiyaları sərtləşdirirlər ki, ölkə daxilində iğtişaşlar yaratsınlar və İslam Respublikasının mövcudluğunu təhlükə altına salsınlar.

Sanksiyaların 28 sentyabrda yenidən qüvvəyə minməsindən sonra Tehranda fövqəladə iclaslar keçirilib. Bu iclaslarda iqtisadi kollapsın qarşısını almaq, məhdudiyyətləri dolanmaq və əhalinin artan narazılığını cilovlamaq yolları müzakirə edilib. Mənbələrin qeyd etdiyinə görə, varlılarla kasıblar arasındakı fərqin dərinləşməsi, korrupsiya və idarəetmədəki səmərəsizlik fonunda ölkə iqtisadiyyatı sürətlə pisləşir.

Moskva və Pekin İranın dinc nüvə enerjisindən istifadə hüququnu dəstəkləyir və ABŞ ilə İsrailin iyun ayında İranın üç nüvə obyektinə endirdiyi zərbələri pisləyiblər. Lakin ekspertlərin fikrincə, bu tədbirlər 90 milyondan çox əhalisi olan ölkəni yeni iqtisadi şokdan qorumaq üçün kifayət etməyə bilər.

1 oktyabrda ABŞ İranın nüvə proqramı və silah tədarükü ilə əlaqəli 44 şəxs və təşkilata qarşı sanksiyalar tətbiq edib. ABŞ-ın dövlət katibi Marko Rubio bildirib ki, bu məhdudiyyətlər BMT sanksiyalarının “bərpası” çərçivəsində və İranın nüvə öhdəliklərini “ciddi şəkildə yerinə yetirməməsi”nə görə tətbiq olunub.

Son xəbərlər
Digər xəbərlər