18 C
Baku
Wednesday, October 22, 2025

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri İrəvanda görüşüblər

İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib.

Dəyirmi masa Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın iştirakı ilə baş tutub.

Qriqoryan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində bu formatda görüşlərin keçirilməsini yüksək qiymətləndirib. O vurğulayıb ki, cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı yalnız sülhü möhkəmləndirəcək.

Vətəndaş cəmiyyətinin nümayəndələri də öz növbəsində tədbirin təşkilinə və müsbət atmosferin yaradılmasına görə Ermənistan tərəfinə təşəkkür ediblər.

İştirakçılar qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş bu cür təşəbbüslərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüşün ikinci hissəsində Qriqoryan sualları cavablandırıb.

68f8f529b732268f8f529b7323176114615368f8f529b732068f8f529b7321 68f8f529bb6e268f8f529bb6e3176114615368f8f529bb6df68f8f529bb6e1

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər