Yapon avtomobil markası olan “Subaru”nun Azərbaycanda rəsmi və yeganə distribyutor şirkəti “Subaru Azərbaycan”nın rəhbəri dəyişib.
Banker.az xəbər verir ki, “Subaru Azərbaycan”ın yeni təyin edilmiş rəhbəri Aysun Yusifzadə Samir qızı vəzifəsindən azad edilib.
Aşur Cəbiyev Nizami oğlu şirkətə rəhbər təyin edilib. O, həm də “Group Motors Logistika” şirkətinin həmtəsisçisidir.
Xatrıladaq ki, “Subaru Azərbaycan” MMC 2006-cı ildə yaradılıb və 1 204 000 manat nizamnamə kapitalına sahibdir.