22 C
Baku
Saturday, October 25, 2025

Azərbaycan iqtisadiyyatının normal inkişaf 15-20 mlrd. manatlıq kreditləşməyə ehtiyac var

Azərbaycan iqtisadiyyatının normal inkişaf üçün kredit resurslarına tələbatı 15-20 mlrd. manat təşkil edir. Bunu ARPA-nın Risk Ekspertlər Qrupunun sədri Elman Sadıqov deyib: “Azərbaycanda real sektorun krediləşməyə ehtiyacı var”.

“Vəsaitin əldə olunası asandır. Həm Azərbayandakı ehtiyatları, həm də banklardan kənardakı pulları nəzərə alsaq, 15-20 mlrd. manat böyük məbləğ deyil. Həmçinin, ölkənin borclanma imkanları çox olduğu üçün 15-20 mlrd. manatı tapmaq çətin deyil. Əsas məsələ onun real sektorda düzgün yerlədirilməsidir. Bunun 80-90%-i real sektora effektiv yönləndirilməlidir. Xüsusən də Azərbaycanda turizm, kənd təsərrüfatı, ticarət və xidmət sektorunda kreditləşməyə ehtiyac var”, – deyə ekspert qeyd edib.

E.Sadıqov əlavə edib ki, hazırda Azərbaycanda işlək kreditlərin həcmi 9-10 mlrd. manat həcmindədir: “Çünki avtokreditlər, istehlak kreditləri iqtisadiyyata dəyər qazandırmayan resurslardır”.

Qeyd olunub ki, 2014-cü ilin dekabr məlumatlarına əsasən, verilmiş kreditlərin ÜDM-ə nistəti üzrə ölkələr arasında birinci yerdə 373,8%-lə Yaponiya olub: “Azərbaycanda isə bu göstərici 33,8% təşkil edib. Real sektora kreditləşmənin həcmi nə qədər yüksək olarsa, ölkənin iqtisadiyyatı da o qədər inkişaf etmiş olar”.
APA
Son xəbərlər
Digər xəbərlər