18 C
Baku
Friday, October 24, 2025

“FINCA Azerbaijan”ın rəhbərliyinə təyinat olub

MM “FINCA Azerbaijan” QBKT-nin İdarə Heyətinə yeni üzv seçilib.

Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə oktyabrdan etibarən Mehriban Bəyməmmədova Mehdi qızı İdarə Heyətinin üzvü seçilib. Mehriban Bəyməmmədova həmçinin BOKT-nin hüquq departamentinin direktoru təyin edilib.

Bununla da bank olmayan kredit təşkilatının idarə heyətinin üzvlərinin sayı sədrlə birlikdə 5-ə yüksəlib. Hazırda İdarə Heyətində iki xanım təmsil olunur.

Mehriban Bəyməmmədova 6 ildən çox idi ki, “Kapital Bank” ASC-də müvafiq sahə üzrə çalışırdı.

“FINCA Azerbaijan” “FINCA Impact Finance” qlobal şəbəkənin tərkibinə daxildir. Qlobal təşkilat Azərbaycandakı törəməsinə proses və prosedurların təkmilləşdirilməsində dəstək göstərir, lakin BOKT Azərbaycandakı fəaliyyətini müstəqil şəkildə həyata keçirir və bütün strateji qərarları İdarə Heyyəti verməklə təşkilatın Direktorlar Şurası tərərfinnən təstiqlənir.

Son xəbərlər
Digər xəbərlər