20 C
Baku
Sunday, October 26, 2025

ASEAN-a yeni dövlət üzv olub

Şərqi Timor rəsmi olaraq Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) qoşulub.

Bu barədə ASEAN-nın saytında bildirilir.

Bununla bağlı bəyannamə Kuala-Lumpurdakı sammitdə imzalanıb. Bununla da Şərqi Timor ASEAN-ın 11-ci üzvü olub.

Qeyd edək ki, Şərqi Timor Cənub-Şərqi Asiyanın ən kasıb ölkələrindən biridir və Timor adasının yarısını tutur.

Şərqi Timor dövləti 2002-ci ildə İndoneziyadan müstəqillik əldə etməklə yaradılıb.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər