18 C
Baku
Monday, October 27, 2025

Xavyer Mileynin partiyası Argentina Konqresinə seçkilərdə qalib gəlib

Prezident Xavyer Mileynin rəhbərlik etdiyi “La Libertad Avanza” (“Azadlıq irəliləyir”) partiyası bülletenlərin 95%-i hesablandıqdan sonra Argentina Konqresinə ara seçkilərdə 40,84% səs toplayıb. Onun əsas rəqibi olan peronist “Fuerza Patria” partiyası isə 31,67% səs qazanıb, bu barədə “The Guardian” yazır.

Qeyd olunur ki, seçkilərin nəticələrinə görə, Argentina prezidenti Xavyer Mıley Konqresdə çoxluq əldə etməsə də, nəticə ilkin proqnozlardan daha yüksək olub.

Seçkilərdə parlamentin aşağı palatasındakı 257 yerin 127-si və senatdakı yerlərin üçdə biri (72 yerdən 24-ü) uğrunda mübarizə aparılıb. Mileynin partiyası aşağı palatada 64 yer, senatda isə 12 yer qazanıb. Bu nəticə “La Libertad Avanza” partiyasına prezidentin veto hüququnu qorumaq üçün aşağı palatanın ən azı üçdə birini təmin etməyə imkan verir.

Son xəbərlər
Digər xəbərlər