18 C
Baku
Monday, October 27, 2025

Azərbaycanda “catering” şirkəti keçən il 1 mln. manata yaxın xalis mənfəət əldə edib

Azərbaycanda fəaliyyət göstərən iaşə və qida təminatı xidmətləri göstərən şirkəti “SAF Catering” MMC 2024-cü ili 973 min manat xalis mənfəətlə başa vurub. Bu, 2023-cü ilin 657 min manatlıq nəticəsi ilə müqayisədə təxminən 46% artım deməkdir.

Banker.az bunu şirkətin illik maliyyə hesabatına istinadən xəbər verir.

Şirkətin xidmət satışlarından əldə etdiyi gəlir illik müqayisədə 6,02 milyon manatdan 5,77 milyon manata, yəni 4% azalıb. Bununla belə, satışın maya dəyərinin azalması nəticəsində əsas əməliyyat mənfəəti 665 min manatdan 1,18 milyon manata yüksəlib.

Balans göstəricilərinə görə, “SAF Catering”in ümumi aktivləri 2024-cü ilin sonunda 1,82 milyon manat təşkil edib ki, bu da ötən ilin sonundakı 1,44 milyon manatdan 26% çoxdur. Aktivlərin əsas artımı qısamüddətli debitor borcları və pul vəsaitlərinin həcminin artması ilə bağlı olub.

Şirkətin bölüşdürülməmiş mənfəəti 2023-cü ildəki 1,23 milyon manatdan 1,54 milyon manata yüksəlib. Hesabat dövründə təsisçiyə 664 min manat dividend ödənişi həyata keçirilib. Şirkətin təsisçisi “SAF Tesis Yönetimi və Endüstrial Temizlik Hizmetleri” MMC-dir. Şirkətə ümumilikdə Ağa Orucov Şahhüseyn oğlu nəzarət edir.

Son xəbərlər
Digər xəbərlər