31.10.2025-ci il tarixindən etibarən “Azercell Telekom” MMC-nin “Kinon” xidməti çərçivəsində təqdim edilən paketlərin şərtlərində dəyişikliklər tətbiq ediləcək.
Banker.az xəbər verir ki, “Azercell Telekom” MMC-dən asılı olmayan səbəbdən “Amediateka” şirkəti tərəfindən müvafiq xidmətin ləğv olunması ilə əlaqədar olaraq bu paket üzrə xidmət göstərilməsi dayandırılacaq.
“Kinon Plus” paketində yalnız TV kanalları və “Wink”, “Viju”, “Premier” platformalarının məzmunundan istifadə mümkün olacaq.








