1. Bəzi görüşlərə getməmək. Toplantılar, iclaslar, görüşlər – sadəcə səmərəsiz və qeyri məhsuldar vaxt itkisidir. Ona görə də nədənsə imtina etməyə, ya da «konstruksiyada» dəyişiklik etməyə cəhd göstərmək lazımdır.
2. «Yox» deməyi bacarın. Bəzən «xeyr» demək olduqca çətindir, amma bu külli miqdarda vaxta qənaət etmək imkanı verir.
3. Əlavə iş görməmək. Hərdən adama elə gəlir ki, bunu da etsəm və ya daha bir təşəbbüs göstərsəm – hamı çox məmnun qalacaq. Təşəbbüslərin cəzalanması az imiş kimi, sən demə sizin etdikləriniz ümumiyyətlə onlara lazım olan, gözlədikləri bir iş deyildi. Ona görə də hər dəfə əlavə nəsə etmək istəyəndə daha bir dəfə düşünün, bəlkə bunu etmək artıqdır (gərəksizdir)?
4. Planların və yekun tarixlərin gerçəkliyə uyğunluğu. Bəzən biz çalışırıq ki, minimum müddətdə maksimum iş görək, ağlagəlməz qısa bir zaman çərçivəsində inanılmaz işlər çatdıraq. Sonra görəndə ki, zaman kifayət etmir, onda həmin işi öz şəxsi zamanımızın ziyanına da olsa belə görməyə çalışırıq. Nəinki, öz vaxtımızı, enerjimizi sərf edir, hətta öz arzularımızı belə unuduruq, ümumiyyətlə isə fiziki imkanlarımızı belə bəzən nəzərə almırıq. Nəyə görə sadəcə təxirə salmayaq? Müddəti bir azca uzatmayaq? Çətin ki, bunun kiməsə böyük ziyanı olsun.
5. Fikir yayındırıcı faktorlardan qurtulmaq. Söhbət tvittertdən və ya fecebook kimi sosial şəbəkələrdə, hər gün yüzlərlə məktub aldığımız elektron poçtlardan gedir. İnternetdən uzaqlaşın və sadəcə özünüz üçün işləyin. Yoxlayın və əmin olacaqsınız ki, məhsuldarlıq nəinki 2 dəfə hətta daha çox artacaq. Kimsə etiraz edib söyləyə bilər ki, gələn məktublar fikri yayındırmır. Lakin çoxları hətta gələn məktubların oxunması üçün ayrıca bir vaxt ayırsalar da, məktub gəlməsi haqqında bildirişin işarəsini gördüyü (və ya səsini eşitdikləri) andan etibarən maraq onların içini yeməyə başlayacaq, o vaxta qədər ki, onlar məktubu oxumayıb. Bu isə fikri yayındırıcı faktor deməkdir.
6. Görüləcək işlərin siyahısı. Əgər bu siyahıya ən vacib işlər daxil olsa, onda ikinci dərəcəli işlər fikrinizi dağıtmayacaq.
7. Fasilələr etmək. Əgər siz artıq iki saatdır ki, eyni bir işin üzərində fasilə etmədən çalşırsınızsa, onda ikinci saatın sonunda sizin məhsuldarlıq və effektivliyiniz aşağı düşməyə başlayacaq. Nə qədər çox müddət sərf etsəniz, məhsuldarlıq bir o qədər zəifləyəcək.
8. Süründürməçilik ilə mübarizə. Bəzən sadəcə 5-10 dəqiqə oturub heç nə (ümumiyyətlə heç nə) etməmək, düşünməmək, sakitcə dayanmaq lazımdır, tezliklə vicdanınız sizi narahat etməyə başlayacaq və dərhal ürəyinizdən tez bir şəkildə nəsə etmək keçəcək.