“AFB Bank”ın istiqrazlarına 80 investor müştəri çıxıb

10 oktyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “AFB BANK” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların abunə yazılışı 15.10.2025-ci il tarixində başlayıb, 24.10.2025-ci il tarixində bitmişdir.

AZ2001008591 İSİN kodlu istiqrazların yerləşdirilməsi 27 oktyabr 2025-ci il tarixində həyata keçirilib.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı “AFB BANK” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2001008591
İstiqrazların növü və forması Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması Kütləvi/ Abunə Yazılışı 
İstiqrazların sayı 50,000 ədəd
İlkin ticarət qiyməti 100 manat
İstiqrazların buraxılış həcmi 5,000,000 manat
İllik gəlirlilik faizi 13%
Ödəmə Periodu İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 təqvim ayının başa çatmasından 3 gün gec olmayaraq ödəniləcəkdir
Tədavül müddəti 2 il
Minimal qiymət 100.00 (13.0%) manat
Maksimal qiymət 100.00 (13.0%) manat
Kəsmə qiymət 100.00 (13.0%) manat
Ortaçəkili qiymət 100.00 (13.0%) manat
Reallaşdırılmış həcm 5,000,000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) 5,000,000 manat
İnvestor sayı 80
Sifariş sayı 80
Anderrayter  “Assist Finance İnvestisiya Şirkəti” ASC
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər