Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs tender elan edib.
Banker.az xəbər verir ki, tenderdə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 80 ünvanında yerləşən inzibati binasının əsaslı təmiri işlərinin satın alınması nəzərdə tutulur.
Ehtimal olunan qiymət isə 5 227 537 manatdır.








