20 C
Baku
Tuesday, October 28, 2025

“İstilikenerjitikintiquraşdırma” nizamnamə kapitalını azaldır, yeni şirkətlər yaranır

“İstilikenerjitikintiquraşdırma” Açıq Səhmdar Cəmiyyətinin növbədənkənar ümumi yığıncağı 4 dekabr 2025-ci il saat 10:00-da Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsi, Babək prospekti 33 ünvanında yerləşən inzibati binada keçiriləcək.

Banker.az xəbər verir ki, yığıncağın hüquqi ünvanı isə Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi 32 göstərilib.

Gündəlikdəki əsas məsələlər:

1. “İstilikenerjiitikintiquraşdırma” ASCnin 2024-cü ilin yekunu üzrə maliyyə hesabatının müzakirəsi və təsdiq edilməsi

2. Bir qrup səhmdarların “İstilikenerMitikintiquraşdırma” ASC-dən ayrılması, yenidən
təşkil edilməsi və yeni hüquqi şəxslərin yaradılması

3. “İstilikenerMitikintiquraşdırma” ASCnin nizamnamə kapitalının azaldılması və yeni
nizamnamənin təsdiq edilməsi

4. Hüquqi şəxslərin nizamnamələrinin, bölünmə balanslarının və təhvil aktlarının təsdiq edilməsi

5. Dəyişiklər ilə əlaqədar sənədlərin hazırlanması, imzalanması və bütün bu işlərlə bağlı
səlahiyyətli şəxslərin təyin edilməsi.

Son xəbərlər
Digər xəbərlər