2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən banklar ümumilikdə 910,7 milyon manat xalis mənfəət əldə ediblər.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hesabat dövründə bankların əməliyyat mənfəəti 1 milyard 373,2 milyon manat təşkil edib.
Bank sektoru ilin ilk doqquz ayında dövlət büdcəsinə 214,5 milyon manat məbləğində mənfəət vergisi ödəyib. Bu öncəki ilin müvafiq dövründə 190,6 mln. manat idi.










