20 C
Baku
Tuesday, October 28, 2025

Kakaonun qiyməti 6,1 min dollara düşüb

Kakao fyuçerslərinin qiyməti Qərbi Afrikada bol məhsul gözləntiləri fonunda kəskin ucuzlaşıb. Bu, dünya bazarında təklifin artmasına səbəb ola bilər.

Nyu-York birjasında kakao fyuçers müqaviləsinin dəyəri sessiya zamanı 3,2% azalıb və tonuna görə 6 116 dollar təşkil edib. Xatırladaq ki, bir il əvvəl kakao paxlasının qiyməti 12 min dollardan çox idi.

“Kot-d’İvuardakı məhsuldarlıq bazar üçün hələ də əsas amildir”, — deyə “Friedberg Mercantile Group” şirkətindən Şolom Sanik bildirib. “Hazırda ölkədə məhsulun bərpası olduqca real görünür”.

Bununla belə, təkliflə bağlı risklər qalmaqdadır. “Bloomberg” yazır ki, dünyanın ən böyük kakao istehsalçısı olan Kot-d’İvuardan ixrac limanlarına tədarüklər oktyabrın əvvəlindən ötən illə müqayisədə təxminən 25% azdır. Bu da qismən ölkədə son yağışlar nəticəsində yolların zədələnməsi ilə əlaqədardır.

Son xəbərlər
Digər xəbərlər