17 C
Baku
Wednesday, October 29, 2025

ABŞ Senatı Trampın Braziliyaya qarşı tətbiq etdiyi 50%-lik rüsumların ləğvini dəstəkləyib

ABŞ Konqresinin Senatı prezident Donald Tramp administrasiyası tərəfindən Braziliyaya qarşı tətbiq olunan 50 faizlik gömrük rüsumlarının ləğvini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Bu barədə “The Hill” qəzeti məlumat yayıb.

Qanun layihəsini demokrat senator Tim Keyn irəli sürüb və onu ABŞ prezidenti Donald Trampın partiyası olan Respublikaçılar Partiyasından beş nəfər də daxil olmaqla ümumilikdə 52 senator dəstəkləyib. 48 senator isə əleyhinə səs verib.

“The Hill” qeyd edir ki, bu addım əsasən simvolik xarakter daşıyır və bəzi respublikaçıların mövcud administrasiyanın ticarət siyasəti ilə razı olmadığını göstərmək məqsədi daşıyır. Qəzet bu qanun layihəsinin Nümayəndələr Palatasında qəbul edilməsinin az ehtimallı olduğunu bildirir.

İyul ayında ABŞ prezidenti Donald Tramp Braziliyadan idxal olunan mallara tətbiq edilən gömrük rüsumlarını 50 faizə qaldıran fərman imzalayıb. Ağ Evdə qeyd olunub ki, bu qərar Braziliya hökumətinin fəaliyyətinin ABŞ-nin milli təhlükəsizliyinə, xarici siyasətinə və iqtisadiyyatına təhdid yaratması ilə bağlıdır.

Son xəbərlər
Digər xəbərlər