“Monetri” Bank Olmayan Kredit Təşkilatı MMC-nin (əvvəlki “PSG Finance” BOKT) İdarə Heyətinə yeni üzv seçilib.
Banker.az xəbər verir ki, Dəyanət Yaqubov 2025-ci ilin oktyabrından etibarən İdarə Heyətinin üzvü seçilib. O, 2025-ci ilin mayından bu kredit təşkilatına maliyyə meneceri kimi gəlib və paralel olaraq bu sahə üzrə kurasiyanı idarə edəcək.
Dəyanət Yaqubov 2019-cu il 2025-ci illərdə “Xalq Sığorta” ASC kimi maliyyə təşkilatında baş mühasib kimi çalışıb.
Xatırladaq ki, 2013-cü ildə təsis edilmiş bu kredit təşkilatının hazırda 10 milyon manat nizamnamə kapitalı var. Nizamnamə kapitalının 75.0 faizi “Practical Solutions Middle East FZ” Şirkətinə, 12.5 faizi Faiq Məmmədova, 12.5 faizi isə “Chaparxana KFT” şirkətinə məxsusdur. BOKT 2024-cü ilin III rübünə qədər “PSG BOKT” olaraq fəaliyyət göstərib.






