17 C
Baku
Wednesday, October 29, 2025

Kolleclərin rəhbər heyətinə yeni təyinatlar olub

Pərviz Müseyibli Azərbaycan Maliyyə-İqtisad Kollecinin, Ramilə Tağıyeva isə Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova müvafiq əmrlər imzalayıb.

Pərviz Müseyibli əmək fəaliyyətinə 2015-ci ildə Riyaziyyat və Mexanika İnstitutunda başlayıb və hazırda həmin İnstitutda böyük elmi işçi vəzifəsində çalışır, eyni zamanda BDU-da pedaqoji fəaliyyətini davam etdirir.

Ramilə Tağıyeva isə 2014-cü ildən etibarən Tovuz Dövlət Sosial-İqtisadi Kollecində pedaqoji fəaliyyətə başlayıb. O, 2024-cü ildən etibarən son təyinadək həmin kollecdə şöbə müdiri vəzifəsində çalışıb.

Son xəbərlər
Digər xəbərlər