16 C
Baku
Thursday, October 30, 2025

Əcnəbilər bu ilin ilk 3 rübündə bank kartları ilə 1.14 mlrd. manat xərcləyiblər – artım

Azərbaycanda əcnəbi vətəndaşların bank kartları ilə əməliyyatlarının həcmi sentyabrda 158.4 milyon manat ekvivalentində olmaqla 2023-cü ilin  dekabrından bu tərəfə maksimal səviyyəyə yüksəlib.

Banker.az xəbər verir ki, əcnəbilərin kart əməliyyatlarının həcmi ilk üç rübdə  1 mlrd. 139.5 milyon manata yüksəlib.

Bu da illik müqayisədə 64.82 milyon manat və ya 6% çoxdur.

Əcnəbilərin böyük əksəriyyəti “Visa” kartları ilə əməliyyat aparıb. Məsələn, təkcə sentyabrda bu əməliyyatların 97.8 mln. manatı “Visa”, 55 milyon manatı “MasterCard” və 1.5 mln. manatı isə “American Express” ilə aparılıb.

Qeyd edək ki, 2022-ci ilin ilk üç rübündə bu rəqəm 1 mlrd. 657.7 mln. manat, 2023-cü ildə bu rəqəm 1 mlrd. 606.5 mln. manat, 2024-cü ildə 1 mlrd. 74.7 mln. manat olmuşdu.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasına dünyanın 183 ölkəsindən 1948,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.4333 scaled

Son xəbərlər
Digər xəbərlər