Avropa Mərkəzi Bankı (AMB) əsas faiz dərəcəsini dəyişməz saxlayıb. Tənzimləyicinin press-relizinə əsasən, hazırkı faiz dərəcəsi 2,15% təşkil edir.
Qərar “Trading Economics” portalının sorğu keçirdiyi analitiklərin proqnozları ilə üst-üstə düşüb.
“Depozit xətti, əsas refinans əməliyyatları və marjinal kreditləşmə üzrə faiz dərəcələri müvafiq olaraq 2%, 2,15% və 2,4% səviyyəsində dəyişməz qalacaq”, – tənzimləyicinin açıqlamasında deyilir.







