“Azərişıq” ASC Ağdamda 15 milyon manatlıq yarımstansiya layihəsini həyata keçirəcək.
Banker.az xəbər verir ki, qurum Ağdam rayonu ərazisində yerləşən 110/35/10 kV-luq “Təzəkənd” yarımstansiyasının yenidənqurulması işlərinin satın alınması üçün tender elan edib.
Layihənin ehtimal olunan dəyəri isə 15 066 988 manatdır.


 
                                    





