14 C
Baku
Tuesday, November 4, 2025

“Trendyol Azərbaycan”ın kapitalı 126 milyon manata qaldırılıb

“Trendyol Azərbaycan” MMC-nin nizamnamə kapitalı bir qədər də artırmaqla 125.7 milyon manatın üzərinə qaldırılıb.

Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı sonuncu artımd 32.4 milyonmanatdan çox artırılıb.

“Trendyol Azərbaycan” 2023-cü ildə təsis ediləndə cəmi 200 min manat kapitalı vardı və sonradan 51.05 mln. manata, 93.23 mln. manata qaldırılmışdı.

Xatırladaq ki, “Trendyol Azərbaycan” 2023-cü ilin avqustundan dövlət qeydiyyatına alınıb. Ölkə bazarına girməmiş ana şirkət sayılan “Trendyol” “PASHA Holding” ilə birgə açıqlama yayaraq şərik müəssisə quraraq ölkədə e-ticarət xidmətləri göstərəcəyini bildirmişdilər. Şirkətin direktoru İrem Çağlı Yılandildir.

Son xəbərlər
Digər xəbərlər