14 C
Baku
Tuesday, November 4, 2025

Mənfəətlə işləyən BOKT-yə yeni səhmdar gəlib – 50% pay alıb

Bank olmayan kredit təşkilatı “İDEAL Kredit” MMC-nin təsis paylarının 25%-nə nəzarət edən Xuraman Qubadova payını satıb.

Banker.az-ın əldə etdiyi sənəddəki qeydlərə görə, səhmləri insayder səhmdar Eldar Hüseynov alıb.

Eldar Hüseynov həmçinin əsas səhmdar Qubad Qubadovun (75% idi) payının 25%-ni əldə edib. Beləliklə, onların hər biri BOKT-da 50% paya malik olub. Bununla onlar BOKT-dəki qərarvermə hüquqları da bərabərləşib.

2003-cü ildə yaradılan “İDEAL Kredit”in nizamnamə kapitalı 647 min manatdır. Bununla belə, bu hələdə də Mərkəzi Bankın keçən ilin son rübündə müəyyən etdiyi 1 mln. manatlıq minimal normativdən aşağıdır.

“İDEAL Kredit” 2024-cü ili 2.37 milyon manat xalis mənfəətlə başa vurub. 2023-cü illə müqayisədə 61.3 % çoxdur.

Bu il yanvarın 1-nə “İDEAL Kredit”in aktivləri 17.92 milyon manat olub ki, bu da illik müqayisədə 38.4 % çoxdur. Bunun 15.73 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə BOKT-un kredit portfeli 31.7 % böyüyüb.

Son xəbərlər
Digər xəbərlər