13 C
Baku
Tuesday, November 4, 2025

ABŞ-nin sabiq vitse-prezidenti vəfat edib

ABŞ-nin sabiq vitse-prezidenti Dik Çeyni vəfat edib, bu barədə “Fox News” məlumat yayıb. Bildirilir ki, onun 84 yaşı olub.

O, 2001–2009-cu illərdə respublikaçı prezident Corc Buşun (kiçik) dövründə vitse-prezident vəzifəsini tutub.

Çeyni Respublikaçılar Partiyasının mühafizəkar qanadına mənsub olsa da, hazırkı prezident Donald Trampın fiquruna qarşı kəskin tənqidi münasibət bəsləyirdi və onu ABŞ demokratiyasına ciddi təhdid adlandırırdı.

Prezident seçkiləri zamanı o, açıq şəkildə Demokratlar Partiyasının namizədi Kamala Harrisi dəstəkləmişdi.

Son xəbərlər
Digər xəbərlər