Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyinin məlumatına görə, ölkənin keçmiş formal rəhbərlərindən biri Kim Yon Nam 97 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Dəfn mərasimi dövlət səviyyəsində keçiriləcək.
Kim Yon Nam 1928-ci ildə Pxenyanda anadan olub. 1946–1959-cu illərdə SSRİ-də — Tomsk və Rostov Dövlət Universitetlərində tarix fakültəsində təhsil alıb.
1963–1967-ci illərdə o, Şimali Koreyanın xarici işlər nazirinin birinci müavini vəzifəsində çalışıb. 1970-ci ildə Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinin üzvü, 1978-ci ildən isə Siyasi Büronun tərkibinə daxil olub.
1983–1998-ci illərdə Kim Yon Nam Nazirlər Şurasının sədri və xarici işlər naziri, 1998–2019-cu illərdə isə Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri olub.
Siyasi fəaliyyəti dövründə o, Şimali Koreyanı bir çox beynəlxalq tədbirlərdə təmsil edib, o cümlədən 2018-ci ildə Moskvada keçirilən futbol üzrə dünya çempionatında, Pxençxan Qış Olimpiya Oyunlarında, həmçinin Soçi (2014) və Pekin (2008) olimpiadalarının açılış mərasimlərində iştirak edib.







