13 C
Baku
Wednesday, November 5, 2025

Aİ yeni üzv ölkələr üçün “sınaq müddəti” tətbiq edə bilər

Avropa ittifaqı (Aİ) yeni üzv ölkələr üçün “sınaq müddəti” tətbiq edə bilər. Bildirilir ki, bu müddət ərzində yeni üzvlərin hüquqları məhdudlaşdırılacaq. Yeni dövlətlər bir neçə il ərzində bu sınaq müddətinin şərtlərinə əsasən fəaliyyət göstərəcəklər.

“Financial Times”ın məlumatına görə, təşəbbüs yeni üzvlərin “Rusiyanın Troya atına” çevrilə biləcəyi və ya Macarıstan kimi Aİ təşəbbüslərini bloklaya biləcəyi qorxusu ilə əlaqələndirilir.

Avropa Komissiyasının təklifi Ukrayna və Moldovanın Aİ-yə daxil olduqdan sonra Rusiyanın maraqları naminə istifadə olunması və ya Macarıstanla bağlı yaranan daxili problemlərə bənzər hallarının qarşısını almağa yönəlib.

İyul ayında Avropa Komissiyasının nümayəndəsi Marta Kos bildirmişdi ki, Ukrayna, Qərbi Balkan ölkələri və Moldova Aİ-yə daxil olmalıdır ki, ittifaq özünü təhlükəsiz hiss etsin. O, belə bir qoşulmanı “sülhməramlı layihə” adlandırmışdı.

Son xəbərlər
Digər xəbərlər