13 C
Baku
Tuesday, November 4, 2025

ABŞ Şimali Koreya ilə əlaqəli kriptovalyuta şəbəkəsinə sanksiyalar tətbiq edib

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) KXDR-ə qarşı sanksiyalar siyahısını yeniləyib.

Bu, barədə qurumun saytında məlumat yer alıb.

Bu dəfə kibercinayətkarlıq və informasiya texnologiyaları fırıldaqçılığında iştirak edən səkkiz şəxsə və iki quruma sanksiyalar tətbiq edilib.

Bildirilir ki, bu şəxslər Şimali Koreyanın nüvə və raket proqramlarını maliyyələşdirmək üçün nəzərdə tutulan kriptovalyuta və çirkli pulların yuyulmasında iştirak edirlər.

Sanksiyalar Çin və Rusiyada yerləşən, kibercinayətkarlıq yolu ilə oğurlanan 3 milyard dollardan çox kriptovalyuta ilə əlaqəli bankirləri və şirkətləri hədəf alır.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər