16 C
Baku
Wednesday, November 5, 2025

“Uber”in səhmləri bütün əsas göstəricilərin artmasına baxmayaraq, kəskin ucuzlaşıb

“Uber” şirkətinin səhmləri maliyyə hesabatının dərcindən dərhal sonra birjada 9% ucuzlaşıb. Səfərlərin, gəlirin və xalis mənfəətin əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, investorların əhval-ruhiyyəsinə təsir edən əsas amil şirkətin gözləniləndən zəif əməliyyat mənfəəti olub.

Üçüncü rübün nəticələrinə görə, “Uber”in gəliri 20% artaraq 13,47 milyard ABŞ dollarına çatıb. Bu göstərici analitiklərin 13,28 milyard dollarlıq proqnozunu üstələyib. Səfərlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 22% artaraq 3,5 milyarda, platformanın aktiv istifadəçilərinin sayı isə 17% artıb.

Lakin bu artımlar “Uber” üçün real mənfəətə çevrilməyib. Şirkətin xalis mənfəəti 6,6 milyard dollar təşkil edib. Bunun 4,9 milyard dolları vergi öhdəliklərindən azad olunmadan, 1,5 milyard dolları isə “Uber”in qiymətli kağızlara yatırımlarının yenidən qiymətləndirilməsindən əldə olunub.

Şirkətin əməliyyat mənfəəti isə cəmi 1,1 milyard dollar olub ki, bu da analitiklərin gözləntiləri olan 1,6 milyard dollardan xeyli aşağıdır. “Ube”r zəif nəticələri məhkəmə iddiaları və tənzimləyici orqanların təzyiqləri ilə izah edib, lakin əlavə təfərrüatlar açıqlanmayıb.

Son xəbərlər
Digər xəbərlər