“AzərEnerji Təchizat” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, “AzərEnerji Təchizat” MMC-nin vergi borcu 8 622 927.31 manatdır.
Xatırladaq ki, MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi İntizar Musayevdir.








