15 C
Baku
Thursday, November 6, 2025

Bloomberg: 2025-ci ildə aviasiya qəzalarında 400-dən çox insan həlak olub

İlin əvvəlindən bəri bütün dünyada baş verən aviasiya qəzalarında həlak olanların sayı 400 nəfəri keçib. Bu barədə “Bloomberg” öz hesablamalarına istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, bu göstərici son on ilin orta səviyyəsindən xeyli yüksəkdir. Belə qəzalara dair göstəriciləri izləyən Almaniyanın “Jacdec” şirkətinin məlumatına görə, son on ildə aviasiya qəzalarında orta hesabla ildə 284 nəfər həlak olur. “Jacdec”in hesablamalarına əsasən, son onillikdə bu göstəriciyə görə ən faciəvi illər 2015 və 2018-ci illər olub — həmin illərdə aviasiya qəzalarında həlak olanların sayı 500 nəfəri ötüb. Şirkət minimum 5,4 ton çəkiyə malik və ya azı 17 sərnişin daşıyan təyyarələrlə baş verən hadisələri izləyir.

2025-ci il üzrə göstəricilərə artıq 4 noyabrda ABŞ-də UPS şirkətinə məxsus “MD-11” yük təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 9 nəfər də daxildir. Cari ildə həlak olanların sayının əsas hissəsini isə 12 iyun tarixində Əhmədabadda “Air India” aviaşirkətinə məxsus “Boeing 787 Dreamliner” təyyarəsinin qəzaya uğraması təşkil edir — həmin qəza zamanı 260 nəfər həyatını itirib.

Son xəbərlər
Digər xəbərlər