14 C
Baku
Friday, November 7, 2025

“PAŞA Sığorta”nın vəzifəli şəxslərindən biri şirkətdən ayrılıb

“PAŞA Sığorta” ASC-nin Daxili audit xidmətinin rəhbəri Cəlil Hüseynov Nizami oğlu vəzifəsindən ayrılıb.

Banker.az xəbər verir ki, Cəlil Hüseynov bundan əvvəl “PAŞA Həyat” ASC-də səkkiz il, daha sonra isə bir il ərzində Azərbaycan Mərkəzi Bankında fəaliyyət göstərib.

O, 2024-cü ilin avqust ayından “PAŞA Sığorta” ASC-də çalışırdı. Hazırda Daxili audit xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat həyata keçirilməyib.

Xatırladaq ki, “PAŞA Sığorta” ASC 2006-cı ildə təsis edilib. Şirkətin nizamnamə kapitalı 50 milyon manat təşkil edir və kapitalın 100%-i “PASHA Holding” MMC-yə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər